AZ

Somali iqtidarı "Əş-Şəbab" qruplaşmasının 40-dan çox üzvünü zərərsizləşdirib

Bakı. Trend:

Somali iqtidarı radikal "Əş-Şəbab" qruplaşmasının 40-dan çoxüzvünü zərərsizləşdirib.

Trend xəbər verirki, bu barədə Somali Milli Televiziyası (SNTV) sosial şəbəkədəməlumat yayıb.

“Əş-Şəbab” terrorçularının 40-dan çoxu Somali Milli Ordusu vəbeynəlxalq tərəfdaşların iştirakı ilə Hiraşabelle əyalətininBiya-Kadde bölgəsində bazar ertəsi keçirilmiş əməliyyat nəticəsindəzərərsizləşdirilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Somali mərkəzi hökumətinə qarşı silahlı mübarizəaparan və BMT-nin humanitar fəaliyyətinə mane olan "Əş-Şəbab"qruplaşması beynəlxalq terrorçu təşkilat olan “Əl-Qaidə” ilə sıxəlaqələrə malikdir.

ABŞ “Əş-Şəbab”ın mövqelərinə müntəzəm hava zərbələriendirir.

Seçilən
16
3
az.trend.az

4Mənbələr