AZ

Suriyada məsciddə namaz qılan kütləyə qarşı silahlı hücum olub

Suriyanın Hama vilayətində yerləşən məsciddə namaz qılan kütləyə qarşı silahlı hücum nəticəsində azı altı nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Bu barədə “Report” “Al Mayadeen” telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Hayalin qəsəbəsində baş verib. Yerli məscidin yanından motosikletlə keçən bir yaraqlı atəş açıb.

Polis cinayətkarın axtarışı üçün tədbirlər görüb, yaralılara tibbi yardım göstərilir.

Seçilən
90
32
azpolitika.info

10Mənbələr