Bakı. Trend:
Federal seçkilərdə ağır məğlubiyyətə uğrayan Sosial DemokratPartiyası (SPD) Hamburq əyalət parlamentinə keçirilən seçkilərdəqalib gəlib.
Trend xəbər verirki, SPD seçicilərin 34,2 faizinin səsini toplayaraq birinci olsada, son seçkilərdə qazandığı 39,2 faizdən geri qalıb.
Bundestaq seçkilərinin qalibi olan Xristian Demokratlar İttifaqı(CDU) 19,2 faiz səs toplayaraq parlamentdəki fraksiyasınıgenişləndirib. Yaşıllar Partiyası 18,9 faiz, Sol Partiya 11,3 faiz,Almaniya üçün Alternativ Partiyası (AfD) isə 7,4 faiz səsyığıb.
Bu nəticələrlə SPD 121 yerlik əyalət parlamentində 45 mandatqazanıb. CDU 26, Yaşıllar 25, Sol Partiya 15, AfD isə 10 deputatlatəmsil olunacaq.
Seçkilər Azad Demokratlar Partiyası (FDP), Sahra Vaqenknextİttifaqı (BSW) və Volt üçün uğursuz olub. Bu partiyalar 5 faizlikbaryeri keçə bilmədikləri üçün parlamentə düşə bilməyib.