Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi sazişin imzalanması sülh sazişinin təsdiqi olmadan mümkün deyil.
APA xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “CBS News”a müsahibəsində deyib.
“Sülh müqaviləsi olmadan iqtisadi razılaşmanın olması mümkün deyil. İqtisadi razılaşmanın ilkin şərti Ukrayna rəhbərliyinin sülh sazişi bağlamaq istəyidir”, - nazir qeyd edib.