AZ

La Liqa: “Barselona” 4 cavabsız qola sevindi, zirvəyə yüksəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Osasuna” – “Valensiya” matçında qalib müəyyənləşməyib. “Malyorka” – “Alaves” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Leqanes” doğma meydanda “Xetafe”yə tək qolla qalib gəlib. “Barselona” isə “Real Sosyedad”la ev oyununda 4 cavabsız qol vurmaqla yenidən zirvəni ələ keçirib.

26-cı tura martın 3-də keçiriləcək “Vilyarreal” – “Espanyol” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
26-cı tur
28 fevral

Valyadolid – Las Palmas 1:1
Qollar: Latasa, 63 – Ramires, 22.

1 mart

Jirona – Selta 2:2
Qollar: Siqankov, 21. Herrera, 68 – Losada, 36. M.Alonso, 51-pen.

Rayo Valyekano – Sevilya 1:1
Qollar: Ratiu, 55 – Lukebakio, 81.

Betis – Real 2:1
Qollar: C.Kardozo, 34. İsko, 54-pen – B.Dias, 10.

Atletiko – Atletik 1:0
Qol: X.Alvares, 66.

2 mart

Leqanes – Xetafe 1:0
Qol: D.Qarsiya, 90+2.

Barselona – Real Sosyedad 4:0
Qollar: X.Martin, 25. Kasado, 29. Arauxo, 56. Levandovski, 60.

Malyorka – Alaves 1:1
Qollar: Asano, 9 – K.Qarsiya, 68.

Osasuna – Valensiya 3:3
Qollar: Oros, 26; 39. Budimir, 45-pen – D.Lopes, 14. U.Sadiq, 32; 87.

3 mart

00:00. Vilyarreal – Espanyol

Seçilən
34
1
arena.az

2Mənbələr