AZ

Suriyada məsciddə atışma nəticəsində 6 nəfər ölüb

Suriyanın Həma əyalətində müsəlman dindarların kütləsinə silahlı hücumu nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Hadisə rayonun Xəyalın kəndində baş verib. Silahlı şəxs yerli məscidin yanından motosikletlə keçərkən atəş açıb.

Polis cinayətkarın tapılması istiqamətində tədbirlər görür, yaralılara tibbi yardım göstərilir.

Seçilən
59
50
apa.az

10Mənbələr