HƏMAS ötən gün girov Şiri Bibasın əvəzinə Qəzzadan başqa bir qadının meyitini təhvil verib.
Parol.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, HƏMAS girov Şiri Bibasın əvəzinə naməlum Qəzza sakininin meyitini təhvil verib: “HƏMAS Şiri Bibasın yerinə qəzzalı qadının meyitini təhvil verib. Müqaviləni pozduqlarına görə tam bədəl ödəyəcəklər. Onlar tamamilə aradan qaldırılmalıdır”.
Netanyahu Şiri Bibasının meyitini İsrailə qaytarmaq üçün qətiyyətlə hərəkət edəcəyini vəd edib.