AZ

Prokurorluq bu ölkədə prezidentin də adının hallandığı qalmaqalı araşdıracaq  

Prokuror Eduardo Taiano Argentina prezidenti Xavyer Miley və dövlət başçısının sosial şəbəkələrdə bu barədə yazdığı $LIBRA kriptovalyutasının bazara çıxarılmasında iştirak edən sahibkarlarla bağlı araşdırmalara başlayıb.

Parol.az xəbər verir ki, $LIBRA-nın yaradılması və işə salınması ilə bağlı şəraiti, habelə Xavyer Miley, Hayden Mark Devis, Culian Pe, Maurisio Qaspar Novelli, Manuel Terrones Qodoy və Sercio Daniel Moralesin təhqiqat altında olan hadisələrdə iştirak dərəcəsini müəyyən etmək lazımdır”, - deyə məlumatda bildirilir.

Prokuror təqsirləndirilən şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq, nüfuz alveri və rüşvətxorluq kimi cinayətlərin əlamətlərinin olub-olmadığını müəyyən etmək niyyətindədir.

Seçilən
65
1
parol.az

2Mənbələr