Bakı. Trend:
Ukrayna ilə Rusiya arasında potensial atəşkəsin əsası güclütəhlükəsizlik təminatları olmalıdır.
Trend xəbər verirki, Ukrayna Prezidentinin rəsmi saytı Londonda Avropa liderlərininiştirakı ilə keçirilən sammit sonrası qəbul edilən bəyanata əsasən,Ukrayna ilə Rusiya Federasiyası arasında potensial atəşkəsin əsasıgüclü təhlükəsizlik təminatları olmalıdır.
Bəyanatda qeyd olunub: "Potensial atəşkəsin əsası mütləq güclütəhlükəsizlik təminatları olmalıdır. Xüsusilə, Ukrayna ordusununtəhlükəsizliyinin və gücləndirilməsinin təminatlarından biri kimiŞimali Atlantika Müqaviləsi mexanizmlərinin cəlb edilməsi imkanlarınəzərdən keçirilir".
Ukrayna Prezidentinin mətbuat xidməti, həmçinin atəşkəsinbaşlanmasının əsirlərin dəyişdirilməsi və uşaqların geriqaytarılması ilə başlamalı olduğunu vurğulayıb: "Bu, Rusiyanınsülhlə bağlı əsl niyyətini nümayiş etdirəcək addımdır".