AZ

Xırdalanda güclü YANĞIN: Sakinlər təxliyə edildilər

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə ediliblər.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

02:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

hakimiyyet.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.

Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.

01:18

Abşeron rayonu, Xırdalan şəhərində güclü yanğın başlayıb.

hakimiyyet.az xəbər verir ki, hadisə gecə saatlarında "AAAF Park Yaşayış Kompleksi"nin yaxınlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Şahidlər ərazidəki obyektin yandığını bildirirlər.

Hazırda yanğının söndürülməsi üzrə işlər gedir.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
103
10
hakimiyyet.az

10Mənbələr