ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) kütləvi ixtisara başlayıb və bu, minlərlə işçini əhatə edəcək.
Parol.az xəbər verir ki, bu barədə USAID-in saytında yerləşdirilən məlumatda deyilir.
Sənədə əsasən, 24 fevral saat 23:59-da agentliyin bütün dünya üzrə əməkdaşlarının əksəriyyəti inzibati məzuniyyətə göndəriləcək.
Təhlükəli tapşırıqların və xüsusi proqramların həyata keçirilməsinə cavabdeh olan, eləcə də əsaslı rəhbərliyin təmin edilməsinə cavabdeh olan USAİD əməkdaşları üçün istisna təşkil ediləcək.