İsveç Ukraynaya 1.2 milyard kron (təxminən 113 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemlərini təhvil verməyə hazırlaşır.
Parol.az xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson, energetika, biznes və sənaye naziri Ebba Buş və təhsil naziri Yohan Pehrsonun “Svenska Dagbladet” qəzetinə müsahibələrində deyilir.
Söhbət Ukrayna hərbçilərinin, mülki şəxslərin və mülki infrastrukturun mühafizəsini gücləndirəcək Robot 70 və Tridon Mk2 sistemlərindən gedir.
RBS 70 kimi də tanınan Robot 70, İsveçin “Saab Bofors Dynamics” şirkəti tərəfindən hazırlanmış daşına bilən hava hücumundan müdafiə sistemidir. Sistem 9 kilometrə qədər məsafədə və 5 kilometrə qədər yüksəklikdə hava hədəflərini vurmaq üçün lazer nişangahla təchiz olunmuşdur.