İsrail HƏMAS hərəkatının Qəzzada atəşkəs və girov müqaviləsinin birinci mərhələsi çərçivəsində daha çox girovu azad etməyə razılıq verməsini gözləyir.
Parol.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti iki İsrail rəsmisinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, sövdələşmənin hazırkı mərhələsinin uzadılması məsələsinə baxılır, razılaşmalara əsasən, bu, 42 gündən sonra martın 1-də başa çatmalıdır.
Qeyd edək ki, cümə günü başlayan müsəlmanların müqəddəs Ramazan ayı boyunca atəşkəsin uzadılması müqabilində dörd nəfərin azad edilməsi gözlənilir.