AZ

Aİ Şurasının prezidenti Antonio Kosta Moldovaya səfər edəcək

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta martın3-də Moldovanın paytaxtı Kişineuya rəsmi səfər edəcək.

Trend yerliKİV-lərə istinadla xəbər verir ki, səfər çərçivəsində Antonio KostaMoldova Prezidenti Maya Sandu, parlamentin sədri İqor Qrosu və başnazir Dorin Reçen ilə görüşlər keçirəcək.

Aİ-nin Moldovadakı daimi nümayəndəliyinin məlumatına görə,Antonio Kosta və Maya Sandu günün birinci yarısında birgə mətbuatkonfransı keçirəcəklər. Daha sonra səfər proqramına vətəndaşcəmiyyəti nümayəndələri, gənclər və sahibkarlarla görüşlərdaxildir.

Qeyd edilib ki, bu səfər Moldovanın Aİ-yə üzv olmaq üçünmüraciətinin üçüncü ildönümünə təsadüf edir və Aİ-nin ölkəninAvropa kursuna dəstəyini bir daha təsdiqləyir.

Seçilən
74
az.trend.az

1Mənbələr