AZ

Avropa liderlərinin Ukrayna ilə bağlı görüşləri daha tez-tez keçiriləcək – Hakan Fidan

Bakı. Trend:

Avropa liderləri Ukrayna və Avropa təhlükəsizliyi məsələlərinimüzakirə etmək üçün iki-üç həftədən bir görüş keçirə bilərlər.

Trend xəbər verirki, bu barədə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan LondondaUkrayna üzrə Avropa liderlərinin görüşünün yekunlarına dairaçıqlamasında bildirib.

"Avropa liderləri tədbirləri və həll yollarını müzakirə etməküçün bir araya gəliblər. Onlar texniki qruplarına problemin həlliyollarını axtarmaq səlahiyyəti veriblər. Gələcəkdə bu görüşlərdavam edəcək. Anladığımız kimi, artıq altı ayda bir və ya iki aydabir deyil, iki-üç həftədən bir keçiriləcək", – deyə Fidanvurğulayıb.

Türkiyənin baş diplomatı əlavə edib ki, ABŞ-nin son həftələrdəkisiyasəti Avropa liderləri arasında, xüsusən Ukrayna və ümumi Avropatəhlükəsizliyi ilə bağlı suallar yaradıb.

“Bu mövzu açıq şəkildə müzakirə olunur. Biz də bu prosesləridiqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişininolub-olmayacağını, Avropanın yeni təhlükəsizlik arxitekturasınasahib olub-olmayacağını birlikdə görəcəyik", – Fidan bildirib.

Nazir həmçinin Ukraynada dərhal atəşkəsin əldə ediləcəyinə vəbunun daimi sülh razılaşması ilə nəticələnəcəyinə ümid etdiyiniqeyd edib. Bununla belə, o vurğulayıb ki, müxtəlif ölkələrin buməqsədə çatmaq üçün fərqli yanaşmaları var.

Seçilən
32
az.trend.az

1Mənbələr