Kreml BMT Baş Assambleyasının dünənki səsverməsində ABŞ-nin mövqeyini balanslaşdırılmış adlandırıb.
Parol.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin ABŞ-nin daha balanslı mövqe tutduğunu gördüyünü söyləyib:
"Bu, həqiqətən də Ukrayna ətrafında münaqişənin həllinə yönəlmiş səylərə kömək edir. Biz bunu əlbəttə alqışlayırıq. Biz inanırıq ki, belə balanslaşdırılmış mövqe, həqiqətən də, nizamlanmaya töhfə vermək üçün həqiqi istəkdən xəbər verir".