Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Suriyada yerləşən Rusiya hərbi bazaları ilə bağlı gələcək addımları müzakirə edib.
Parol.az xəbər verir ki, türkiyəli XİN başçısı bunu “Al Jazeera Arabic” telekanalına açıqlayıb.
“Yeni dövrdə, xüsusən də orada Rusiya hərbi bazalarının mövcudluğu ilə bağlı bir sıra müzakirələr aparılıb”, - deyə H.Fidan deyib.