Şimali Koreya Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Rusiyaya daha çox qoşun göndərib.
Parol.az xəbər verir ki, bu barədə Cənubi Koreya Kəşfiyyatı məlumat yayıb.
Məlumatda bildirilib ki, Şimali Koreya Rusiya-Ukrayna cəbhələrində yerləşdirilən əsgərləri ağır itkilər verdikdən sonra Rusiyaya əlavə qoşun göndərib.
Qeyd edilib ki, yanvar-fevral ayları arasında 3000-ə qədər Şimali Koreya hərbçisi Rusiyaya göndərilib.