AZ

Zelenski: ABŞ ilə mədən sazişi imzalamağa hazırıq

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, tərəflər hazır olarsa, ABŞ ilə nadir torpaq elementlərinə sərmayə qoyuluşuna dair saziş imzalamağa hazırdır.

Böyük Britaniyanın ev sahibliyi ilə paytaxt Londonda keçirilən “Ukrayna” mövzusunda liderlər zirvəsinə qatılan Zelenski Ukraynaya qayıtmazdan əvvəl Stansted hava limanında mətbuat mənsubları ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, Zelenski “Ağ Evdə apardığınız qızğın mübahisədən sonra ABŞ prezidenti Donald Trampa bir qədər təəssüf hissini bildirməklə yanaşı, prinsipcə ərazi güzəştləri barədə danışmağa hazırsınızmı?” sualına birbaşa cavab verməkdən yayınıb.

"Mən yalnız Ukraynanın mövqeyinin eşidilməsini istəyirəm" deyən Zelenski, ölkəsinin mövqeyinin qeyri-müəyyən olmasını istəmədiyini bildirib.

“Ancaq biz hamımız bir-birimizi başa düşməliyik, tanımalıyıq və qırmızı xətləri başa düşməliyik” deyə Zelenski bildirib.

Nadir torpaq elementlərinə sərmayə qoyuluşunu nəzərdə tutan ABŞ ilə müqavilənin gələcəyi ilə bağlı sualı cavablandıran Zelenski, müqavilənin nazirin imzalaması üçün hazır olduğunu bildirərək, "Bizim siyasətimiz keçmişdə baş verənləri davam etdirməkdir, biz konstruktivik. Mədən sazişini imzalamağa razı olsaq, onu imzalamağa hazırıq. Əgər tərəflər razılaşarsa, masa üzərində olan müqavilə imzalanacaq" deyib.

Seçilən
45
2
operativmedia.az

3Mənbələr