AZ

"Bosch" konserni çətin bazar şəraitinə görə iş yerlərini ixtisar etməyə hazırlaşır

Bakı. Trend:

Almaniyanın "Bosch" konserni çətin bazar vəziyyəti və iqtisadiçətinliklərə görə iş yerlərini ixtisar etməyi planlaşdırır.

Trend xəbər verirki, "Bosch" CEO-su Stefan Hartunq "Stuttgarter Zeitung" və"Stuttgarter Nachrichten" qəzetlərinə verdiyi müsahibədə belə birqərarın alınmasının qaçılmaz olduğunu bildirib: "Biz daha çoxixtisarların qarşısını ala bilmərik", - deyə Hartunq qeyd edib.

O, bu addımı avtomobil sektorundakı qlobal iqtisadi zəiflik,Çindən artan rəqabət və istehlakçılar arasında qeyri-müəyyənlik iləizah edib. Onun sözlərinə görə, daxili yanma mühərriklərindənelektrik ötürücülərə keçid də iş yerlərinin ixtisarına səbəbolacaq.

Bununla yanaşı, Hartunq elektromobil sənayesinin gözlənildiyisürətlə inkişaf etməməsinin müsbət təsirini qeyd edib. Bu, mövcuddaxili yanma mühərriklərinin istehsal güclərini daha uzun müddəttam istifadə etməyə imkan yaradacaq.

Bosch CEO-su həmçinin, transformasiya prosesi ilə əlaqədar birçox işçinin təqaüdə çıxacağı və işlərini itirəcəyi barədə dəməlumat verib.

Seçilən
25
az.trend.az

1Mənbələr