Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı bütün tətəflərin iştirak etdiyi danışıqları qəbul etməyə hazırdır...
Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Ankaradakı yüksək rütbəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi qeyd edib ki, bütün tərəflərin iştirakı ilə danışıqları qəbul etməyə hazır olduqları barədə ən yüksək səviyyədə elan edilib və bu təklifdən hamının xəbəri var.
Qeyd edək ki, martın 3-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı ölkələri liderlərinin Londonda keçirilən toplantıda ABŞ-nin Ukrayna ilə bağlı mövqeyinin fərqli qiymətləndirildiyini bildirib.
Fevralın 26-da Fidan bəyan edib ki, Ankara Ukraynadakı münaqişənin həllində, o cümlədən Rusiya ilə Ukrayna arasında danışıqların aparılmasında iştirak etməyə hazırdır.
Poliqon.info