Tayvan Çin hərbi təyyarəsi və gəmilərinin adaya yaxınlaşdığını aşkar edib...
Bazar ertəsi gecə Tayvan hərbçiləri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 10 təyyarəsi və 6 gəmisi, həmçinin 4 rəsmi gəminin qeydə alındığını qeyd ediblər.
Poliqon xəbər verir ki. bu barədə Tayvanın Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Tayvan tərəfinin məlumatına görə, yerli vaxtla səhər saat 6:00-a qədər (Bakı vaxtı ilə 02:00) doqquz Çin təyyarəsi adanın hava hücumundan müdafiə qüvvələrinin nəzarətində olan hava məkanının cənub-qərb və cənub-şərq sektorlarına daxil olaraq Tayvan boğazının şərti ayırıcı xəttini keçib.
“Biz vəziyyəti izlədik və cavab tədbirləri gördük”, deyə hərbi komandanlıq vurğulayıb.
Qeyd edək ki, fevralın 15-də Çin ordusunun səkkiz gəmisi və 19 təyyarəsi Tayvana yaxınlaşıb.
Dekabrın 1-də Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-nin Tayvana silah satışı Çin-Amerika münasibətlərinə xələl gətirir və Tayvan boğazında sabitliyi təhlükə altına alır.
Poliqon.info