Kanadanın Baş naziri Castin Trüdo ABŞ-a cavab rüsumları barədə xəbərdarlıq edib.
Trüdo bildirib ki, ABŞ Prezidenti Donald Tramp martın 4-də Kanadaya idxal gömrük rüsumları (tariflər) tətbiq edərsə, Birləşmiş Ştatlar Kanadanın “proporsional” cavabı ilə üzləşəcək.
O, cavabın "güclü və birmənalı olacağını, çünki kanadalılar bunu gözləyir" deyib.