Bakı. Trend:
"Arsenal" yay transfer pəncərəsində "Napoli"nin 26 yaşlıhücumçusu Viktor Osimhen üçün "Mançester Yunayted"lə rəqabətaparmağı planlaşdırır.
Trend-in "SportsDigitale" nəşrinə istinadən verdiyi məlumata görə, "Arsenal" yenihücumçu transfer etməyi hədəfləyir.
Hazırda Osimhen "Qalatasaray"da icarə əsasında çıxış edir. Onun"Napoli" ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir."Transfermarkt" portalına əsasən, futbolçunun bazar dəyəri 75milyon avro təşkil edir.