AZ

Cavad Zərif istefa verdi: Onların hədəfində idi

İranın strateji məsələlər üzrə vitse-prezidenti Cavad Zərif tutduğu vəzifədən istefa verib.

Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA”ma məlumat verib.

Məhəmməd Cavad Zərif istefa məktubunu prezident Məsud Pezeşkiana təqdim edib. Pezeşkian Zərifin istefa məktubuna hələ cavab verməyib.

Qeyd olunub ki, Zərifin istefası parlament tərəfindən iqtisadiyyat naziri Abdel Nasser Himmeti vəzifəsindən azad edildikdən sonra baş verib. İqtisadi problemlər qarşısında səmərəsiz olmaqda günahlandırılan Himmeti dünən TBMM tərəfindən vəzifəsindən azad edilib.

Sabiq prezident Həsən Ruhaninin dövründə 2013-2021-ci illər arasında xarici işlər naziri vəzifəsində çalışmış Zərif 2015-ci ildə imzalanan nüvə sazişinin memarlarından biri olub. Zərif avqust ayında prezident Pezeşkian tərəfindən strateji məsələlər üzrə vitse-prezident təyin edilib.

Seçilən
49
1
publika.az

2Mənbələr