AZ

Bakıdakı partlayış qaz sızmasından baş veribmiş

Xəbər verdiyimiz kimi, Bakıda evdə partlayış olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə martın 2-də saat 04:15 radələrində Binə qəsəbəsi Xəqani küçəsində Cəmaləddin Qasımova məxsus həyət evində qeydə alınıb.

Mənzilin mətbəxində baş verən qaz sızması nəticəsində yaranan partlayışdan evin bir hissəsi yanıb.

Nəticədə C.Qasımov və ailə üzvləri xəsarət alıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.

Seçilən
22
7
qafqazinfo.az

8Mənbələr