Türkiyənin məşhur sənətçisi vəfat etdi - FOTO
Türkiyəli sənətçi Edip Akbayram vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə onun müalicə aldığı xəstəxanadan bildirilib. Məlumata görə, sənətçi uzun sürən orqan çatışmamazlığı səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Edip Akbayram 29 dekabr 1950-ci ildə Qaziantepdə anadan olub. O, cəmi 9 aylıq olarkən poliomielit xəstəliyinə tutulub. Qaziantep Şahinbey Atatürk Liseyini bitirib və öz orkestrini qurub.