Bakı-Quba ödənişli avtomobil yolunda beş avtomobil yanıb.
Bakı-Quba ödənişli avtomobil yolunda beş “Toyota" yanıb.
Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.