AZ

Telefondan 3 gün istifadə etməmək beyin fəaliyyətinə necə təsir göstərər?



Almaniyalı alimlər 72 saatlıq telefon qadağasının beyin fəaliyyətini dəyişdirdiyini aşkar ediblər. MRT taramaları göstərdi ki, beyindəki mükafat və asılılıq mexanizmləri telefon görüntülərinə cavab olaraq işə salınıb. Araşdırmalar telefondan istifadənin asılılıq yaradıcı təsirlərini ortaya qoyur.
Telefondan 3 gün istifadə etməmək beyin fəaliyyətinizi dəyişə bilər
Almaniyanın Heydelberq və Köln universitetlərinin alimləri smartfon istifadəsinin beyin fəaliyyətinə təsirini araşdıran araşdırma aparıblar.

Araşdırmada 18-30 yaş arasında olan 25 iştirakçıdan 72 saat ərzində smartfon istifadələrini minimuma endirmələri istənilib. Yalnız əsas ünsiyyət və işlə bağlı fəaliyyətlərə icazə verildi.

Alimlər iştirakçıların beyin fəaliyyətini qiymətləndirmək üçün maqnit rezonans görüntüləmə (MRT) və psixoloji testlər aparıblar. Tədqiqatın nəticələri məlum olub ki, smartfonlar beynin mükafat mexanizmləri və asılılıq ilə əlaqəli sahələrinə təsir göstərir.


Rəqəmsal istehlak dilemması: Daim əlaqədə olmaq yoxsa azad olmaq?
Rəqəmsal istehlak dilemması: Daim əlaqədə olmaq yoxsa azad olmaq?
Beyində mükafatlandırma mexanizmi işə düşür
Tədqiqatçılar iştirakçılara telefonların açıq və sönük şəkillərini, eləcə də neytral təsvirləri (çiçəklər və qayıqlar kimi texnologiyaya aidiyyatı olmayan obyektlər) göstəriblər. Telefon görüntülərinə cavab olaraq, beynin mükafat mexanizmi və asılılıq ilə əlaqəli bölgələrində aktivlik müşahidə edildi.

Bu tapıntılar telefondan istifadənin nikotin və ya spirt kimi maddələrə bənzər bir asılılıq yarada biləcəyini göstərir. Beyində dopamin və serotonin sistemləri ilə bağlı dəyişikliklər müşahidə olunub. Bu iki kimyəvi maddə kompulsif davranışlar və əhval-ruhiyyənin idarə edilməsi ilə əlaqələndirilir və asılılığa səbəb olan elementlər sırasındadır.

İstifadəçilər fərqli effektlər hiss etdilər
Psixoloji testlər nəticəsində iştirakçıların əhval-ruhiyyəsində ciddi dəyişiklik aşkar edilməyib. Bununla belə, bəzi iştirakçıların telefon məhdudiyyətindən sonra əhval-ruhiyyələrində yaxşılaşma hiss etdiyi qeyd edilib. Bu tapıntılar göstərir ki, telefon istifadəsinin təsiri hər bir fərd üçün fərqli ola bilər.

Tədqiqatçılar, nəticələrin smartfon asılılığı ilə bağlı əhəmiyyətli ipuçları verdiyini, lakin sosial mediadan istifadə və sosial qarşılıqlı əlaqə kimi amillərin də bu prosesdə rol oynaya biləcəyini ifadə etdilər. Gələcək tədqiqatlarda bu amilləri daha ətraflı araşdırmalı olduğu vurğulanıb.

Araşdırmanın nəticələri “Computers in Human Behavior” jurnalında dərc olunub.
Seçilən
51
newscenter.az

1Mənbələr