Türkiyə ən yüksək səviyyədə Rusiya prezidenti Vladimir Putinin səfərini gözlədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə paytaxtındakı yüksək rütbəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Biz ən yüksək səviyyədə bildirdik ki, hörmətli Vladimir Putini gözləyirik”, - agentliyin mənbəsi bildirib.
Mənbə Rusiya liderinin Türkiyəyə səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavab olaraq “konkret tarixlərin olmadığını” deyib.