Türkiyə Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Türkiyə ən yüksək səviyyədə Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqları qəbul etməyə hazır olduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən həftə Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığı zamanı Türkiyənin Rusiya və Ukrayna arasında sürətli və davamlı sülhə can atdığını bildirib.