AZ

Qərb Zelenskini satdı: Başqa yolu qalmayıb, Putinin ayağına getməlidir

Kolumbiya prezidenti Qustavo Petro Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edib.

Publika.az xəbər verir ki, Petro “X” hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

O, Zelenskinin Qərb tərəfindən tək buraxıldığını iddia edib:

"Zelenski Qərb silahları ilə müharibəyə başladı və indi ona xəyanət edildi. Öz silahlarından istifadə edən Rusiya onu tərksilah etdi. Belə olan halda Zelenski öz siyasətini dəyişməli və slavyan xalqları arasında birliyi təmin etməyə çalışmalıdır".

Petro həmçinin tərəfləri dialoqa çağırıb: "21-ci əsrin müharibələri fosil iqtisadiyyatın müharibələridir. Zelenski heç bir vasitəçi olmadan birbaşa Vladimir Putinlə danışmalı və Slavyan dünyasında açıq siyasi və iqtisadi sülh sazişi bağlamalıdır".

Seçilən
36
4
publika.az

4Mənbələr