AZ

Tacikistanda parlament seçkilərində hakim partiya qələbə qazanıb

Hakim Tacikistan Xalq Demokratik Partiyası parlamentdə 12 yer qazanaraq 51,9% səslə seçkilərdə qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, ilkin məlumatı mətbuat konfransında Respublika Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri Bəxtiyor Xudoyorzoda açıqlayıb.

Tacikistan parlamentinin aşağı palatasına martın 2-də keçirilən seçkilərdə seçici fəallığı 85,3 faiz təşkil edib.

Komissiya rəhbərinin sözlərinə görə, Tacikistanın seçkilərdə iştirak etmək hüququ olan 5,5 milyondan çox vətəndaşından 4,7 milyondan çox seçici səs verib.

Seçilən
24
ucnoqta.az

1Mənbələr