AZ

Zəngəzur Milli Parkında beş bəbir kameralara düşdü (VİDEO)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adınaZəngəzur Milli Parkında beş bəbir görüntülənib.

Trend xəbər verir ki, bu barədə Ümumdünya VəhşiTəbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosialhesabında paylaşım edilib.

"Məlumat verdiyimiz kimi, biz 2007-ci ildən başlayaraq ölkəmizdəfoto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onunqida obyektlərinin, rəqib növlərin monitorinqini aparırıq. İlkdəfədir ki, kameralarımıza 5 bəbir bir yerdə düşür. Onun dördünüyaxşı tanıyırsınız - adını sizinlə birlikdə Banu qoyduğumuz anabəbir və yanında 3 balasıdır. Beşinci fərd isə qonşu dövlətləri dəgəzib gələn SC_026 kodlu bir erkəkdir".

Qeyd edək ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəİDEA İB ilə birgə həyata keçirilir. Məlumata görə, kameralarvasitəsilə Naxçıvanda aparılan tədqiqat nəticələri göstərir ki, son12 il ən məhsuldar il olub.

Məqalədə:
Seçilən
25
11
az.trend.az

10Mənbələr