AZ

La Liqa klubunda yeni rekordçu

Ante Budimir “Osasuna”nın tarixinə düşüb.

İdman.biz xəbər verir ki, 33 yaşlı xorvatiyalı hücumçu Pamplona təmsilçisinin La Liqadakı ən yaxşı bombardiri olub.

Bu rekord XXVI turun “Valensiya” ilə görüşündə qeydə alınıb. 3:3 hesabı ilə bitən görüşdə fərqlənən Budimir “Osasuna”da 58-ci qolunu vurub. O, Sabinoya məxsus rekordu arxada qoyub.

Qeyd edək ki, Budimir 2020-ci ildən “Osasuna”da çıxış edir.

İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr