AZ

Ən sərfəli iftar menyuları - 10 manatdan başlayan qiymətlər

Ramazan ayı başlayıb və bu gün Ramazan ayının 3-cü günüdür. Oruc açmaq üçün restoran axtaranlar, dostlarını iftara dəvət edən şəxslər üçün ən sərfəli məkanları araşdırdıq.

Valyuta.az iftarınızı açmaq üçün ən sərfəli restoranların siyahısını təqdim edir. 

Od Ailəvi restoranı

1 nəfərlik – 10 AZN
Şorba, salat, isti yeməklər, qarnit, içki, su, çay və xurma 
1 nəfərlik – 15 AZN
Şorba salat, qarışıq kabab boşqabı, düyü, içki, su, xurma, çay və şirniyyat 

Pizza Mizza restoranı

1 nəfərlik – 12.90 AZN
1 ədəd su, xurma, mərci şorbası, 25 sm-lik pizza, kiçik çaydan çay, ponçik

Ağ Şam Ailəvi restoranı 

1 nəfərlik - 14 AZN
Şorbalar – mərci, toyuq, dovğa əriştə, göy, borş, yayla şorbası 
İsti yeməklər – aş qarası, səbzi qovurma, toyuq qulyaş, lülə kabab, toyuq kababı, ciyər kababı, toyuq lüləsi
Qəlyanaltılar – pendir, süzmə,  acika, badımcan əzməsi, turşu, pomidor, xiyar, göyərti 
Qarnirlər – düyü, qarabaşaq, spaqetti, püre, kartof
İftar menyusuna içkilər, çay xurma, su, mürəbbə və nabat da aiddir. 

101 restaurantbaku

1 nəfərlik – 15, 16, 17 AZN
Şorbalar - ət, toyuq, mərci
5 çeşid, salat və məzə - çoban salatı, paytaxt salatı, toyuq salatı, vineqret salatı

İsti yeməklər - toyuq əti ilə – 15 AZN, dana əti ilə – 16 AZN, quzu əti ilə – 17 AZN
Şorbalar - seçimlə
İçkilər. Qazsız su və xurma ikram olunur

"Naxçıvan süfrəsi" restoranı

1 nəfərlik – 18 AZN
Sup - mərci, əriştə, göy, lobya 
əsas yeməklər – Naxçıvan qovurması, göy qovurma, çəkmə plov, çoban qovurma, vişnəli dana, şabalıdı dana əti, tuşonka ev üsulu 
Salatlar – çoban, paytaxt, mimoza, vişnəli pomidor
İçkilər və limitsiz çay

Seagull restoranı

1 nəfərlik – 18 AZN
Şorbalar – mərci, toyuq, göbələk, düşbərə, tomat, yayla
İsti yeməklər – toyuqlu langet, toyuq kababı, toyuq külbastısı, toyuq sotesi, toyuq faxitosu, toyuq straqonovu, tabaka, ət köftəsi, ət faxitosu, ət qulyaşı, ət nar- qovurması, səbzi qovurma plov, özbək plovu 
Salatlar – manqal, toyuq, paytaxt, çoban, yunan, göbələk, albalı, pomidor
İçkilər, limitsiz su, çay və xurma

Khan Garden Baku restoranı

1 nəfərlik – 19.90 AZN 
Şorbalar – günün şorbaları
Desertlər -  günün desertləri 
Soyuq qəlyanatlar – təzə tərəvəzlər, göyərti assorti, ağ pendir, kələm turşusu, zeytun assorti, acika, süzmə
Salatlar (seçimə görə) – didmə, paytaxt, toyuq, pomidor
İsti yeməklər – günün yeməkləri 
İçkilər və çay 

"Nana" restoranı

1 nəfərlik – 20 AZN
Suplar – mərci, toyuq
Salatlar – 5-6 cür
Soyuq qəlyanaltılar – zeytun qarışıq, pendir, süzmə, acika, turşu, qatıq
İsti yeməklər – mal əti qara, toyuq ləvəngi, toyuq jülyen
Qarnirlər – düyü, pürep pendirli makaron
İsti qəlyanaltılar – pizza, peraşki, 
Meyvə şirələri, qarışıq şirniyyatlar, içkilər, limitsiz çay və xurma

"Öz Kardeşlər" restoranı

1 nəfərlik – 23 AZN
Şorbalar – mərci, toyuq, göbələk, günə özəl (seçim)
İsti yeməklər – qarışıq kabab, iskəndər (ət, toyuq), günə özəl şirəli ət və şirəli toyuq (seçim)
Salatlar – manqal, çoban, paytaxt ( seçim)
Əzmələr – çiy köftə, acılı əzmə, haydari (ikram)
Şirniyyatlar – qazan dibi, südlü paxlava, südlac  (günə özəl)
İçkilər, su və xurma 

Sərvanə Rəmixanova

Seçilən
46
1
valyuta.az

2Mənbələr