Basketbol üzrə Azərbaycan çempionatında bu gün iki qarşılaşma baş tutacaq.
Bu gün basketbol üzrə Azərbaycan Liqasında 16-cı tura start verilir.
"Operativ Media" xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək və hər ikisi eyni vaxtda başlayacaq: “Neftçi” “Naxçıvan”ı, “Sərhədçi” isə “Sabah”ı qəbul edəcək.
Azərbaycan Basketbol Liqası
16-cı tur
3 mart
19:00 "Neftçi" – "Naxçıvan"
Bakı, İdman Sarayı.
19:00 "Sərhədçi" – "Sabah"
Bakı, “Sərhədçi” SC.