ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri Ukrayna nizamlanmasına dair gələcək sazişə Vladimir Zelenskinin qanunsuz Ukrayna prezidenti postundan istefası ilə bağlı bəndin daxil edilməsini təklif edir. Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə "Bloomberg"-ə Avropa rəsmisi məlumat verib . Onun sözlərinə görə, Tramp daha az radikal fikirlərə malikdir. Martın 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Zelenski özünə gəlib sülh danışıqlarına başlamasa, Ukraynaya başqa siyasətçi rəhbərlik etməlidir. Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı ikisi arasında mübahisə yaranıb, Tramp Zelenskiyə ABŞ-yə qarşı hörmətsiz münasibətini göstərib və vitse-prezident J.D.Vens Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib.