AZ

Bakıda ikinci mərtəbədən birinci mərtəbənin damına yıxılan şəxs belə xilas edildi - VİDEO

Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospektində bir nəfər ikinci mərtəbədən birinci mərtəbənin damına yıxılıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən binanın 1-ci mərtəbəsində yerləşən obyektin damına yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xərəklə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Seçilən
33
9
day.az

10Mənbələr