Bu ilin yanvar ayı ərzində ölkədən 19,2 milyon ABŞ dolları dəyərində 26,1 min tondan çox xurma ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 13,1 faiz və ya 2,2 milyon dollar, həcmi isə 24 faiz və ya 5 min ton artıb.
Qeyd edək ki, cari ilin ilk ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,63 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,85 faizə bərabər olub.