Bakı. Trend:
Məntəqə tipli cəzaçəkmə müəssisələrinin əsasındaehtiyatsızlıqdan cinayət törətmiş şəxslər üçün nəzərdə tutulanayrıca cəzaçəkmə müəssisələrinin yaradılması və təyin edilmişcəzanın müddətindən asılı olmayaraq ehtiyatsızlıqdan cinayəttörətmiş şəxslərin cəzasının həmin müəssisələrdə çəkilməsininqanunvericiliklə təsbit edilməsi məqsədəmüvafiq hesab edilir.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, qəsdən törədilmiş böyük ictimai təhlükətörətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdanməhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusicəzaçəkmə müəssisəsinin yaradılması və yetkinlik yaşına çatmayanşəxslər üçün tərbiyə müəssisələrində cəza çəkən və 18 yaşı tamamolmuş şəxslərin həmin müəssisələrə göndərilməsi də məqsədəmüvafiqolardı:
“Ali təhsil imkanlarının da təmin ediləcəyi belə müəssisəninyaradılması saxlanılan şəxslərin islah olunması prosesinə, habeləcəzalarını çəkib qurtardıqdan sonra onların sosial adaptasiyasınada müsbət təsirini göstərə bilər. Qeyd edilən müəssisələrinyaradılması penitensiar müəssisələrdə mövcud sıxlıq problemininhəllinə də müsbət təsir göstərə bilər”.