AZ

“İdman həftəsi”: İdman ictimaiyyətinin könüllü qanvermə aksiyası keçirilir

“İdman həftəsi” çərçivəsində “Qan ver, həyat xilas et!” şüarı altında idman ictimaiyyətinin könüllü qanvermə aksiyası başlayıb.

İdman.biz xəbər verir ki, aksiyada müxtəlif yaş qruplarından olan insanlar, o cümlədən idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak edir.

5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində baş tutan aksiya Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilir.

Milli İdman Tibb və Reabilitasiya İnstitutunda səhər saatlarından başlayan qanvermə aksiyası gün ərzində davam edəcək.

Aytac Sahəd
İdman.biz

Seçilən
40
3
idman.biz

4Mənbələr