AZ

Hüquqi yardımın göstərilməsinə görə vəkilə hər iş saatı üçün ödənilən məbləğin artırılması təklif olunur

Bakı. Trend:

Cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımıngöstərilməsi üçün nəzərdə tutulan məbləğin azlığı göstərilən hüquqiyardımın keyfiyyətinə mənfi təsir göstərir.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, qanunvericiliyə əsasən CinayətProsessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrindənəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görəmüdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqq 6 manatməbləğində müəyyən edilib.

“Bu baxımdan yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnundaha səmərəli təmini məqsədilə “Müdafiəçilərə, tərcüməçilərə,mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarıhaqqında” Nazirlər Kabinetinin Qərarının 1-ci bəndində nəzərdətutulan hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)hər iş saatı üçün ödənilən məbləğin artırılması təklif olunur.

Bununla yanaşı, həmin Qərarın 2-ci və 3-cü bəndlərində cinayətmühakimə icraatı zamanı görülən işin müqabilində tərcüməçiyə,mütəxəssisə və ya ekspertə hər iş saatı üçün nəzərdə tutulmuşməbləğə (0,35 manat) yenidən baxılması da məqsədəmüvafiq hesabolunur”, - deyə məruzədə qeyd edilib.

Məqalədə:
Seçilən
21
4
az.trend.az

5Mənbələr