“Osasuna” İspaniya La Liqasının XXVI turunda “Valensiya” ilə heç-heçə edib – 3:3.
Futbolpress.az xəbər verir ki, görüşdə “Osasuna”nın qollarından birini Ante Budimir vurub. O, bununla da komandadakı qollarının sayını 50-yə çatdırıb.
Budimir 2020-ci ildən “Osasuna”nın formasını geyinib. 33 yaşlı hücumçu 58 qolla klub tarixinin bombardiri adını qazanıb.