AZ

Mask Zelenskinin “öz xalqını öldürməsi” ilə bağlı şəkli paylaşıb

Amerikalı sahibkar, “Tesla” və “SpaceX”in icraçı direktoru İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskinin alleqorik şəkildə təsvir olunduğu təxribat xarakterli rəsmini dərc edib...

Poliqon xəbər verir ki, Mask şəkili X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Şəkildə qatarın hərəkət etdiyi dəmir yolu relslərinə zəncirlənmiş insanlar təsvir olunub. Yolda yatanların bəziləri artıq yaralıdır, amma qarşıda hələ sağ olanlar var. Yaxınlıqda qatarı saxlamağa qadir, lakin hərəkətsiz olan, başı üstündə “Zelenski” yazılan bir personaj var.

“Siz istənilən vaxt qatarı dayandıra bilərsiniz, lakin siz qatarı bir neçə ildən sonra fəaliyyətini bərpa etməyəcəyinə dair zəmanət tələb edərək imtina edirsiniz”, deyə fotonun altında yazılıb.

Müşahidəçilərin fikrincə, Mask bu şəkili paylaşmaqla uzun sürən münaqişə kontekstində Zelenskinin siyasətinin tənqidini simvollaşdırmağa çalışıb.

Poliqon.info

Seçilən
24
1
poliqon.info

2Mənbələr