AZ

Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı çətinliklər var - Ombudsman

Bakı. Trend:

Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlıçətinliklər və süründürməçilik halları hələ də mövcuddur.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, sosial yardımın alınması üçünmüraciətlər “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən 15 işgünü müddətində araşdırılır və sosial yardımın təyin olunması və yatəyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.Həmin Qaydalara əsasən, müraciətin qəbul olunduğu gün VEMTAStərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasıbarədə aidiyyəti üzrə tapşırıq göndərilir.

“Bu Qaydalarda dəqiq müddətin müəyyən olunmasına baxmayaraq, birçox hallarda ailənin maddi-məişət şəraitinin müayinəsi daha uzunmüddətlərdə aparılır ki, bu da sosial yardımın təyin olunmasındaləngimələrə və süründürməçilik hallarına səbəb olur”, - məruzədəqeyd edilib.

Məqalədə:
Seçilən
61
6
az.trend.az

7Mənbələr