AZ

Zelenski ilə mübahisədən sonra Putin-Tramp görüşünə hazırlıq sürətlənib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə hazırlıq sürətləndirilmiş templə davam edir...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Şəxsi olaraq deyilir ki, Tramp-Putin sammitinə hazırlıq indi sürətləndirilib”, deyə telekanalın açıqlamasında bildirilir.

CNN qeyd edir ki, Ağ Evdə Trampla Zelenski arasında yaranan mübahisə Amerika liderinin administrasiyası tərəfindən Zelenskini gözdən salmaq və onu sonrakı danışıqlardan kənarlaşdırmaq üçün planlaşdırıla bilərdi.

Poliqon.info

Seçilən
26
2
poliqon.info

6Mənbələr