AZ

Milli Yunanıstanla oyun üçün toplanışa başladı

AÇ-2026-nın əsas mərhələsi çərçivəsində növbəti oyununu martın 11-də, saat 21:00-da Afinada Yunanıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb. 

Fanat.Az xəbər verir ki, futzalçılarımız bugündən etibarən martın 8-dək Bakıda hazırlıq keçəcək. 

Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Millimiz səfərə martın 9-da çıxacaq.
 
1. Emin Kürdov - Araz-Naxçıvan
2. Rövşən Hüseynli - Astana (Qazaxıstan)
3. Novruz Kazıxanov - Araz-Naxçıvan
4. Emil Həsənzadə - Neftçi İK
5. Xəzər Ağalızadə - Araz-Naxçıvan
6. Tofiq Mikayılov - Baku Fire
7. Kənan Manafov - Baku Fire
8. Oktay Rüstəmli - Baku Fire
9. Nihad İsmayılov - Baku Fire
10. Fərid Atakişiyev - Neftçi İK
11. Ülvi Əliyev - Araz-Naxçıvan
12. Eldar Zeynalov - Neftçi İK
13. Seymur Məmmədov - Klubsuz
14. Nurlan Mehdizadə - Baku Fire
15. Kamran Hacıyev - Baku Fire
16. Murad Quluzadə - Baku Fire

Seçilən
78
3
fanat.az

8Mənbələr