Astana, 3 mart, AZƏRTAC
Hava nəqliyyatında sərnişindaşıma tələbatını ödəmək üçün Qazaxıstanın aviaşirkətləri Novruz bayramı günlərində uçuşların sayının artırılması məsələsi üzərində iş aparıblar.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinə istinadla xəbər verir ki, 2025-ci il martın 16-dan 30-dək bu ölkənin hava limanlarında əlavə 120 reys həyata keçiriləcək.
Onlardan biri də “Air Astana” aviaşirkəti tərəfindən həyata keçiriləcək əlavə Almatı-Bakı aviareysdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana