AZ

Bu ölkədə oğrular pul yerinə yumurta oğurlayır

ABŞ-də bəzi oğrular pul yerinə yumurta oğurlamağa başlayıb.

Ölkə.Az “Haber Global”a istinadla xəbər verir ki, ABŞ-də yumurta qiymətləri son 4 ayda 255% artıb.

Ötən payızda yumurtanın qiyməti 2.25 dollar idisə, hazırda bu rəqəm 8 dolları ötüb. Bunun ən böyük səbəbi isə quş qripidir. 
Quş qripinə görə, bu ölkədə olan yumurtlayan toyuqların böyük bir hissəsi kəsilib. 
Quş qipinin yayılması və bəzi marketlərin yumurta alışını məhdudlaşdırmasına görə, qiymətlər dekabrdan yanvaradək 15% artaraq son 10 ilin ən böyük qiymət artımına səbəb olub. 

Xüsusilə yanvarda yumurtlayan 19 milyon toyuğun kəsilməsi yumurta istehsalçıları üçün indiyə qədər yaşanan ən pis dövr olub.
Qiymətlərin daha 20% də bahalaşması gözlənilir. 

Artıq bəzi restoranlar yumurta üçün əlavə ödəniş tələb etməyə başlayıb. Məşhur restoran şəbəkəsi “Waffle House” yumurta qiymətlərinin artımı ilə əlaqədar olaraq müştərilərinə hər yumurta başına 0.50 dollarlıq əlavə ödəniş tələb etməyə başlayıb.

Pensilvaniyada isə bir topdansatış müəssisəsinin anbarından təxminən 100 min orqanik yumurta oğurlanıb. 

Bundan sonra ABŞ 2023-ci ildən sonra Türkiyədən ilk dəfə yumurta almağa başlayıb. 

Billurə Yunus

Seçilən
20
olke.az

1Mənbələr